Bakıda mənzildən kişi meyiti aşkarlanıb

Bakıda mənzildən kişi meyiti aşkarlanıb
  29 Sentyabr 2021    Oxunub:671
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin əməkdaşları mənzilin giriş qapısını açıblar. Mənzildə aşkarlanan 1957-ci il təvəllüdlü Əhmədov Zahid Azay oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti