Astarada qanunsuz ov edənlər saxlanılıb

Astarada qanunsuz ov edənlər saxlanılıb
  30 Sentyabr 2021    Oxunub:819
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayonun Kələdəhnə kəndi ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara rayonunun Pensər kənd sakinləri - M.Rüstəmov və N.Rüstəmov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladıqları 12 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Azvision.az



Teqlər: Astara  





Xəbər lenti