Şahmatçılarımız ABŞ təmsilçilərinə qarşı

   Şahmatçılarımız ABŞ təmsilçilərinə qarşı
  01 Oktyabr 2021    Oxunub:1355
Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin altıncı turunun oyunları keçiriləcək.
Azvision.az xəbər verir ki, bu turda Azərbaycan təmsilçiləri ABŞ şahmatçıları ilə mübarizə aparacaqlar. Belə ki, Şəhriyar Məmmədyarov Hikaru Nakamura, Teymur Rəcəbov Uesli So ilə oynayacaq.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Hazırda T.Rəcəbov 15 xalla üçüncü, Ş.Məmmədyarov isə 5,5 xalla 9-cu sıradadır. Turnir cədvəlinə 26,5 xalla Maqnus Karlsen başçılıq edir. Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti