Teymur Rəcəbov dünya çempionuna qalib gəldi

 Teymur Rəcəbov dünya çempionuna qalib gəldi
  02 Oktyabr 2021    Oxunub:1971
Oktyabrın 2-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilib.
Azvision.azxəbər verir ki, yeddinci turda Teymur Rəcəbov Maqnus Karlsenlə qarşılaşıb. Şahmatçımız dünya çempionuna 3:1 hesabı ilə qalib gəlib. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Girini 2,5:0,5 hesabı ilə məğlub edib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur. Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Azvision.az



Teqlər: Şahmat   Dünya-çempionu  





Xəbər lenti