Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Güləşçimiz Abubakr Abakarov (86 kq) almaniyalı Ahmed Dudarov, ukraynalı Məhəmməd Əliyev və Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edərək yarımfinala yüksəlib. Növbəti mərhələdə təmsilçimiz ABŞ idmançısı Deyvid Teylor ilə üz-üzə gəlib. Güləşçimiz son Olimpiya çempionuna məğlub olub. Bürünc medal uğrunda görüşdə təmsilçimiz Əhməd Aybuyev (Fransa) - Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Millimizin üzvü Kənan Heybətov (61 kq) startda Ukrayna təmsilçisi Yaroslav Xurskiyə məğlub olub.
Çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisi Mathayo Mahabilanı cəmi 1 dəqiqə ərzində məğlub edib. Ancaq səkkizdəbir final mərhələsində belaruslu idmançı Azamat Nurikova sonuncu xal prinsipinə əsasən yenilib.
Bu çəki dərəcələrində medal qarşılaşmaları oktyabrın 3-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən pəhləvanlar mübarizəyə qoşulacaqlar.
Azvision.az