Bakıda bir neçə məşhur restoran cərimələnib

Bakıda bir neçə məşhur restoran cərimələnib
  05 Oktyabr 2021    Oxunub:1200
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 396 ictimai iaşə obyektində 669 monitorinq keçirib.
AQTA-dan Azvision.az-a verilən məlumata görə, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 25 ünvanında yerləşən, hüquqi şəxs “Beat Restaurants” MMC-yə məxsus restoran;

2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Nəcəfli Abbas Həbib oğluna məxsus “Sehirli Təndir” restoranı;

3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 2A ünvanında yerləşən, hüquqi şəxs “Elva İnşaat Turizm Gida İhracat İthalat Sanayi ve Ticaret” MMC-nin Azərbaycan Respublikasındakı filialına məxsus “Elva Steak House” restoranı;

4. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Nəcəfli Abbas Həbib oğluna məxsus “Manqal Old” restoranı;

5. Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küçəsi 34 ünvanında yerləşən, fiziki şəxs Umarov Osman Nadir oğluna məxsus “Novbahar” restoranı;

6. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 29 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanov Tofiq Qalib oğluna məxsus kafe;

7. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk pr., ev 66Q ünvanında yerləşən, fiziki şəxs Səmədov Səbuhi Səbri oğluna məxsus kafe;

8. Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Nicat Gündüz oğluna məxsus “Kübar” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti