Vergi ilə bağlı 521 cinayət işi açılıb, 6 nəfər həbs edilib
9 ay ərzində ümumilikdə 30,7 milyon manat ziyanın ödətdirilməsi təmin olunub. Vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 12 nəfər şəxs tutularaq istintaqa təhvil verilib, ibtidai istintaqdan yayınan 614 nəfər dindirilməsi üçün məcburi gətirilib, 497 nəfərin tapılaraq istintaqa gəlməsinin təmin olunması və yerinin müəyyən edilməsi barədə məlumat verilib.
Hesabat dövründə müxttəlif fəaliyyət sahələri üzrə ayrı-ayrı vergi ödəyicilərində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, əmək müqaviləsi olmadan işçi cəlb edilməsi və s. ilə bağlı ümumilikdə 464 nəzarət tədbiri həyata keçirilib.
Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 22,3 milyon manat vəsait ödətdirilib.
Azvision.az
Teqlər: Vergi