Baş Prokurorluq polis serjantının ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq polis serjantının ölümü ilə bağlı məlumat yayıb
  10 Oktyabr 2021    Oxunub:920
Oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a bildirilib.

Qeyd edilib ki, araşdırmalarla Toğrul Mədətlinin xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna getməsi və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölməsi müəyyən edilib.

Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: Polis   Baş-Prokurorluq  





Xəbər lenti