Toy qaydalarını pozan 45 nəfər cərimələnib

Toy qaydalarını pozan 45 nəfər cərimələnib
  11 Oktyabr 2021    Oxunub:920
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakıda və respublikanın digər ərazilərində şənbə və bazar günləri 167 toy şənliyində monitorinqlər keçirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, monitorinqlər 133 şadlıq sarayında, 34 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 45 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. COVID-19 pasportu olmadığına görə isə 444 nəfər toy şənliklərinə buraxılmayıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti