Bakı sakini 5 nəfərə qarşı dələduzluq edib

Bakı sakini 5 nəfərə qarşı dələduzluq edib
  11 Oktyabr 2021    Oxunub:861
Qaxda dələduzluq edən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri olan 5 nəfərin ümumilikdə 4 000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini T.Sadıqlı saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti