"Dünya çempionu olandan sonra uduzmaq istəmirsən" - Eldəniz Əzizli
E.Əzizli Oslodakı çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verib: “Yarış yaxşı keçdi. Yarımfinalda bəzi səhvlərə yol verdim. Bundan başqa, hakim səhvləri də sözünü dedi. İki epizodda isə rəqibin arxasına keçib fənd etməyə imkan vermədilər. Ancaq rəqib də zəif deyildi. Təsadüfi deyil ki, Yaponiya güləşçisi dünya çempionu oldu. Ümumi götürsək, medalsız qalmadığım üçün şadam. 2018-ci ildən başlayan Avropa və dünya çempionatlarında medal qazanmaq ənənəsini davam etdirdim".
E.Əzizli bildirib ki, dünya çempionu olandan sonra uduzmaq istəmirsən. Çünki qızıl medal qazanan idmançı sonradan gümüş və ya bürünc mükafat əldə edəndə bunu bir çoxları uğursuzluq kimi qələmə verir. Halbuki əslində belə deyil. O fikirlə razıyam ki, son vaxtlar yarımfinal sindromu yaşayıram. Məsuliyyət hissinin böyük olması mənə rahat güləşməyə imkan vermir. Yarımfinalda güləşəndə bir az sıxılıram. Çalışacağam ki, bundan sonra bu mərhələyə psixoloji cəhətdən özümü tam hazır edim”.
Azvision.az
Teqlər: Güləş