Cəbrayıla icazəsiz daxil olanlar həbs edilib
Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilən ərazilərə keçdiyi müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Bundan başqa, Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan “Man” markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün “Saxla” işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri – Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Azvision.az