Toylara görə daha 24 nəfər cərimələnib

Toylara görə daha 24 nəfər cərimələnib
  13 Oktyabr 2021    Oxunub:746
Oktyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 84 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, monitorinq 64 şadlıq sarayında, 20 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 24 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 147 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Azvision.az



Teqlər: Toy  





Xəbər lenti