Bərdədə həmkəndlisini öldürənin məhkəməsi başlayır

Bərdədə həmkəndlisini öldürənin məhkəməsi başlayır
  18 Oktyabr 2021    Oxunub:1105
Bərdə rayonunda həmkəndlisini qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bərdə Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumatda bildirilib ki, xəbər verildiyi kimi, 27.06.2021-ci il tarixdə Bərdə rayonu, İmirli kənd sakini Toğrul Abdullayevin rayon ərazisində öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Rəşad Musayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevə xəsarət yetirməsi nəticəsində sonuncu almış olduğu xəsarətdən xəstəxanada ölüb.

İş üzrə toplanmış sübutlar əsasında Rəşad Musayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti