Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğulara cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən
AzVision.az -a bildirilib ki, istintaqla müəyyənləşdirilib ki, teatrın sabiq direktoru Nazim Mahmudov işlədiyi dövrdə bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 48 min 554 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəyib.
İstintaq müddətində dövlətə dəymiş ziyan tam şəkildə dövlət büdcəsinə ödənildiyindən, iş üzrə icraata cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən xitam verilib.
AzVision.az