Qaxda 12 yaşlı uşaq göbələkdən zəhərlənərək ölüb
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
AzVision.az
Teqlər: