Həbsxanaya telefon keçirmək istədi

Həbsxanaya telefon keçirmək istədi
  20 Oktyabr 2021    Oxunub:935
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən AzVision.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 29.120.2.1; 29.120.2.4; 29.120.2.6; 221.2.1; 228.2.1; 317-2.1; 67.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramil Fazil oğlu Hüseynliyə qohumu Faiq Rahib oğlu Səmədov tərəfindən gətirilən sovqata baxış keçirilib.

Baxış zamanı orada olan plastik qabın içərisində xüsusi üsulla gizlədilmiş və daxilində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.


AzVision.az



Teqlər: Türmə  





Xəbər lenti