Şamaxıdakı partlayışla bağlı cinayət işi başlanılıb

Şamaxıdakı partlayışla bağlı cinayət işi başlanılıb
  22 Oktyabr 2021    Oxunub:1089
Şamaxı rayonunda evdə baş verən partlayışla bağlı cinayət işi açılıb.
Şamaxı Rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, oktyabrın 2-də Şamaxı şəhər sakini MirDaşqın Babayevin yaşadığı evin hamam otağında qaz sızması ilə əlaqədar baş verən partlayış nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alması və aldığı xəsarətlərdən oktyabrın 3-də müalicə olunduğu xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər: Şamaxı  





Xəbər lenti