Həftəsonu toylarda 65 nəfər cərimələnib

   Həftəsonu toylarda 65 nəfər cərimələnib
  25 Oktyabr 2021    Oxunub:716
Oktyabrın 23-24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 198 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, monitorinq 142 şadlıq sarayında, 56 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 65 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 059 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti