Şəhid Teymur Həsənovla Aqşin Novruzovun anım tədbirləri keçirilib

Şəhid Teymur Həsənovla Aqşin Novruzovun anım tədbirləri keçirilib
  26 Oktyabr 2021    Oxunub:1425
Oktyabrın 26-da Bakının Nəsimi rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun, Vətən müharibəsi şəhidləri Teymur Həsənovun və Aqşin Novruzovun anım tədbirləri keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildiriblər ki, mərasimdə iştirak edən Milli Məclis sədrinin müavini Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin ailə üzvləri ilə birlikdə ərazi bütövlüyümüz uğrunda son damla qanına qədər döyüşmüş və qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyiblər.

Adil Əliyev Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun və döyüş yoldaşlarının qəhrəmanlığının gənclərimizə örnək olduğunu qeyd edərək Vətən müharibəsində Teymur Həsənov və Aqşin Novruzov kimi igidlərimizin də öz cəbhə yoldaşları ilə bərabər Vətən uğrunda ən şirin nemət olan canlarından keçdiklərini diqqətə çatdırıb.

Vurğulanıb ki, məhz belə qəhrəmanlarımızın şücaəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədə və diplomatik müstəvidə göstərdiyi qətiyyətli mövqe hesabına tarixi Azərbaycan torpaqları işğaldan azad olunaraq əsl sahiblərinə qaytarılıb.

AzVision.az



Teqlər: Şəhid   Anım  





Xəbər lenti