Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb
  27 Oktyabr 2021    Oxunub:859
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Tovuz və Şəmkir rayonlarının ərazisində nəzarət tədbirləri keçirilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AzVision.az -a bildirib ki, Tovuz rayonunda keçirilən nəzarət tədbirləri zamanı rayon sakinləri Ruslan Tağıyev və Azər Qasımovun, Şəmkir rayonunda isə rayon sakinləri Alim Alıyev, Saməddin Babayev, Mahir Əyyubov və Elçin Qasımovun həyətyanı sahələrindəki ağac emalı sexlərində qanunsuz yolla əldə edilmiş 19 kubmetr həcmində işlik meşə materialı müəyyən edilib.

B.Məhəmmədovun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam edir.

AzVision.az


Teqlər: Tovuz  





Xəbər lenti