Son sutkada 2300 nəfər COVID-19-a yoluxub, 27 nəfər ölüb

   Son sutkada 2300 nəfər COVID-19-a yoluxub,    27 nəfər ölüb
  27 Oktyabr 2021    Oxunub:771
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 300 yeni yoluxma faktı qeydə alınıb, 1 248 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 522 368 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 487 674 nəfər müalicə olunaraq sağalıb, 6 966 nəfər vəfat edib, aktiv xəstə sayı 27728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 175, ötən müddət ərzində isə ümumilikdə 5 144 208 test aparılıb.

AzVision.az



Teqlər: COVİD-19  





Xəbər lenti