Vətən Müharibəsinin “Fulya”sı kinoteatrda

Vətən Müharibəsinin “Fulya”sı kinoteatrda
  29 Oktyabr 2021    Oxunub:1237
“CinemaPlus” kinoteatrlar şəbəkəsində 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türk jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edən “Fulya” sənədli filmin nümayişi başladı. Çəkilişlər bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.
AzVision.az xəbər verir ki, Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk bildirib ki, ekran əsərində ən mühüm səhnə, həmin gecə Gəncədə gördüyü o körpənin görüntüləri olub: "Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, baş rollarda Fulya Öztürk və Halil Kahramandır. Müddəti 80 dəqiqədir.



AzVision.az



Teqlər: Fulya  





Xəbər lenti