FIFA AFFA-nı cərimələyib

FIFA AFFA-nı cərimələyib
  01 Noyabr 2021    Oxunub:989
FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin Portuqaliyaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılmış və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

AzVision.az


Teqlər: FİFA  





Xəbər lenti