Bakıda narkotik və silaha görə 26 nəfər tutuldu - VİDEO
Hövsan qəsəbəsində həyata keçirilən növbəti əməliyyatlar zamanı həmin ərazidə yerləşən binalardan 40 ədəd su sayğacı oğurlayan Alik Ələkbərov, eləcə də 3 evdən oğurluqlar edən İlham və Tural Məmmədov qardaşları saxlanılıblar. Alik Ələkbərovun üzərindən həmçinin narkotik vasitə olan heroin də aşkar edilib.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının Yeni Günəşli qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər - Samir Abbasəliyev, Kamran Rəfibəyli, Ağaəli Ağayev, Bilal Səfərov, Vüsal Tanrıverdiyev, Natiq İrzayev, Əfsanə Rəsulova və Şəhriyar İslamov saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər - Cəfər Hacıyev, Əliseyran Seyfullayev, İlqar Nəcəfov, Valeh Mirzəzadə, Əjdər İsgəndərov, Kamil Kərimov və Elman İsmayılov saxlanılıblar. Onların da üzərindən və yaşadıqları evlərdən satış məqsədi ilə əldə etdikləri heroin və digər növdən olan narkotik vasitələr aşkar edilib.
İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər – Yusif Qarayev, Emin Paşayev, Əli Əlizadə, Qılman Babayev və Emil Zeynalov saxlanılıblar. Onlardan da satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.
Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb. Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az