Xeyriyyə məqsədli qaçış yarışı təşkil edilib- FOTOLAR

Xeyriyyə məqsədli qaçış yarışı təşkil edilib-   FOTOLAR
  09 Noyabr 2021    Oxunub:2011
Gənclər və İdman Nazirliyi Bakı şəhərində əhalinin bütün təbəqələrini əhatə edən xeyriyyə məqsədli qələbə qaçışı təşkil edib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış 5000 metr məsafəni əhatə edib.
AzVision.az xəbər verir ki, dənizkənarı Milli Park ərazisində təşkil edilən qaçış "Elektra Hall"un qarşısından start götürüb və Dəniz Limanı Vağzalı yaxınlığında başa çatıb.

Qaçışda iştirak etmək üçün ümumilikdə 1246 nəfər qeydiyyatdan keçib. Hər bir iştirakçı əvvəlcədən verilmiş elan üzrə “YAŞAT Fondu”na ianə edərək qeydiyyatdan keçiblər.
Qaçışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarış paralimpiya çempionu İlham Zəkiyevin “start” atəşindən sonra başlayıb.

Kişilər kateqoriyasında Elman Abışov (17,50 dəqiqə) qalib gəlib və Allahqulu Hüseynovla (18,05) Namiq Əsədov (18,31) müvafiq olaraq, ikinci-üçüncü yerləri tutublar.

Qadınlar arasında finişə Anna Yusupova (18,35) birinci çatıb. Rəbiyyə Orucova (23,21) ikinci, Sevda Verdiyeva (24.58) isə üçüncü olublar.

"Fair play" mükafatı qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyevə (82 yaş) təqdim edilib.



Qaliblərə Gənclər və İdman Nazirliyinin diplom və mükafatları, eləcə də sponsorların hədiyyələri təqdim edilib. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, müdafiə sənayesi naziri Mədət Quliyev və Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri İlqar Mustafayev təqdim ediblər.

Mükafatlandırma mərasimindən sonra iştirakçıları urban (şəhər) idman oyunları, master klaslar, maraqlı tədbirlər və təşkil edilib.











AzVision.az



Teqlər: Qaçış  





Xəbər lenti