İmişlidə narkotik satan dəstə üzvləri saxlanılıb
N.İsmayılovaya məxsus evə keçirilən baxış zamanı oradan satış məqsədilə sellofan bükümlərdə qablaşdırılan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov və H.Quliyev narkotik maddələri əvvəlcə N.İsmayılovanın yaşadığı evə gətirərək burada sellofan bükümlərdə qablaşdırır, daha sonra isə rayon ərazisində satışını həyata keçirirlər.
Hər üç şəxs bundan əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqları üçün məhkumluq həyatı yaşayıblar. Faktla bağlı İmişli RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: DİN