Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 30 m² olan talvarın taxta atmaları yanıb.
Bu barədə AzVision.az Fövqaladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir. Yanğın zamanı yaxınlıqdakı evin tüstü dolmuş otaqlarından yatmış vəziyyətdə olan 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.