Ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb

Ictimai yerlərdə 4 koronavirus xəstəsi saxlanılıb
  11 Noyabr 2021    Oxunub:842
Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, polis əməkdaşları COVİD-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

AzVision.az


Teqlər: Xəstə   XİN  





Xəbər lenti