İlk dəfə ağır cinayət törədən şəxslər də amnistiyaya düşəcək

   İlk dəfə ağır cinayət törədən şəxslər də amnistiyaya düşəcək
  11 Noyabr 2021    Oxunub:1267
“Zəfər amnistiya aktının digərlərindən fərqi onun qanuni qüvvəyə mimməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə aid edilməsidir”.

AzVision.az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Onun sözlərinə görə, amnistiya aktının icrası 4 ay müddətində başa çatdırılacaq: “Amnistiya Aktına əsasən, ilk dəfə ağır cinayət törədən və 6 aya qədər cəzası qalan şəxslərə də şamil olunacaq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Amnistiya   Məhkum  





Xəbər lenti