Millimizin Qətərlə oyunu heç-heçə ilə bitdi
İkinci hissəyə daha fəal başlayan yığmamız matçın 67-ci dəqiqəsində hesabda önə çıxıb. E.Mahmudov baxımlı qolla dubla izma atıb. Görüşün 78-ci dəqiqəsində qətərli futbolçu A.Əli dubl edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.
Beləliklə, Azərbaycan - Qətər oyunu 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
***
Futbol üzrə Azərbaycan və Qətər milli komandaları arasında yoldaşlıq oyunu başlayıb.
AzVision.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən oyunda millimizin heyətində meydana Emil Balayev, Qara Qarayev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Emin Mahmudov, Mahir Emreli, Ramil Şeydayev, Anton Krivotsyuk, Filip Ozobiç və Höccət Haqverdi çıxıblar.
Qətər yığmasının ilk on birliyində isə Meşaal Barşam, Abdelkarim Hassan, Məhəmməd əl-Bayyati, Tarek Salman, Abdulaziz Hatem, Ahmed Alaeldin, Karim Budiaf, Xidir, Bualem Xuxi, Almoez Əli və Assim Madibo yer alıblar.
Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edir. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunudur.
Komandalar bu oyunadək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəliblər. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə yekunlaşıb. Dörd il sonra eyni şəhərdə keçirilmiş ikinci matçda Azərbaycan millisi rəqibini məğlub edib - 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.
Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.
AzVision.az
Teqlər: