Mina faciəsi ilə bağlı cinayət işi açılıb

   Mina faciəsi ilə bağlı cinayət işi açılıb
  15 Noyabr 2021    Oxunub:1264
Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.



AzVision.az


Teqlər: Mina  





Xəbər lenti