Şabranda oğul anasını bıçaqlayıb
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəmnində aralarında yaranan münaqişə zamanı G.Xudaverdiyevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. A.Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.
AzVision.az
Teqlər: Bıçaq