Millimiz yenə məğlub oldu

Millimiz yenə məğlub oldu
  16 Noyabr 2021    Oxunub:1315
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi noyabrın 16-da növbəti oyununu keçirib.
AzVision.az xəbər verir ki, “Bakcell Arena”da Norveç yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı fərqlənib.

Millimizin yer aldığı A qrupunda Xorvatiya və Norveç milli komandaları 15 xalla turnir cədvəlində ilk iki pillədə qərarlaşıblar. Hesabında 12 xal olan Avstriya yığmaları ilk üçlüyü qapayır. Finlandiya 10 xalla dördüncü, Azərbaycan 1 xalla beşincidir. Xalı olmayan Estoniya komandası isə qrupda sonuncudur.

AzVision.az



Teqlər:





Xəbər lenti