Qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
  19 Noyabr 2021    Oxunub:941
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AzVision.az -a bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Seyfulla Rəcəbov və Lənkəran rayon sakini Nadir Məmmədov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı rayonların inzibati ərazisində isə qanunsuz ov edən Lənkəran rayon sakini Rauf Tağıyev və Xaçmaz rayon sakini Məzahir Niftəliyev saxlanılıb.

Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

AzVision.az


Teqlər: Ovçu   ETSN  





Xəbər lenti