ANAMA-nın əməkdaşı və DSX-nın giziri Zəngilanda minaya düşüb

 ANAMA-nın əməkdaşı və DSX-nın giziri Zəngilanda minaya düşüb
  20 Noyabr 2021    Oxunub:1229
Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: mina  





Xəbər lenti