Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.
Növbəti gün klassik güləşdə 87 kq, 97 kq və 130 kq, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq-da medalçıların adına aydınlıq gələcək.
Yarışın son günündə isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.
Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.
AzVision.az
Teqlər: Güləş