Gəncədə polis yol qəzasında ölüb
"Bu gün-noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Reginoal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albea” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır".
AzVision.az
Teqlər: DİN