Türkiyəli nazir: "Biz bir olub min illik mirasımızı qoruyacağıq"

      Türkiyəli nazir:    "Biz bir olub min illik mirasımızı qoruyacağıq"
  24 Noyabr 2021    Oxunub:769
"Nizami Gəncəvi kimdir sualının cavabı çox genişdir. O, özünəməxsus əsrlər yaratmaqla yanaşı, coğrafiya, tibb, astronomiya və digər elmlərə də vaqif idi. Yeddi dil bilməklə yanaşı musiqini də ruhunda birləşdirən şair olub".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib. Onun sözlərinə görə, kamil insan portretini Nizami Gəncəvi əsərlərində görmək olar.

"İnsanların bir-birinə hörməti, sevgisi və bəşəri dəyərlər onun əsərlərində geniş tərənnüm olunub. Türk milləti bu böyük şairinə qürurla sahib çıxacaq və gələcək nəsillərə ötürməyə davam edəcək. Biz bir olub min illik mirasımızı qoruyacağıq".

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti