Rusiyaya 101 nəfəri saxta COVID-19 pasportu ilə aparmaq istədi
Aparılan istintaqla müəyyən edilib ki, Seymur Mürsəlov müəyyən məbləğdə pul vəsaitini təqdim etməklə “ƏSR TRAVEL” MMC-nin direktoru Əsgər Bayramov və “ARKAN GROUP” MMC-nin direktoru Tünzalə Əliyevanı 101 nəfərin adına saxta COVID-19 testinin neqativ nəticələrini özündə əks etdirən arayışlar hazırlamağa və bununla da vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Seymur Mürsəlovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rəsmi sənədləri saxtalaşdırmaya təhrik etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, Cinayət Məcəlləsinin 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 320.1 (rəsmi sənədləri saxtalaşdırmaya təhrik etmə) və 32.4, 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
AzVision.az
Teqlər: COVID-19