Penitensiar Xidmət polkovnikin ölümü ilə bağlı məlumat yayıb

   Penitensiar Xidmət polkovnikin ölümü ilə bağlı məlumat yayıb
  09 Dekabr 2021    Oxunub:822
Ədliyyə Nazirliyi Penitensiar Xidməti ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb.
Xidmətdən AzVision.az -a bildirib ki, Naxçıvan MR-nın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi vəzifəsində işləmiş, polkovnik rütbəsində olan Z.İsmayılov xüsusilə ağır cinayət törətdiyinə görə ömürlük azadlıqdan, həmçinin polkovnik rütbəsindən məhrum edilib.

Müxtəlif xroniki xəstəliklərdən, o cümlədən ağır formalı diabet, arterial hipertoniya, kəskin ürək və qan-damar çatışmazlığından əziyyət çəkən 1959-cu il təvəllüdlü Z.İsmayılov müalicə müəssisəsində uzun müddət zəruri müalicə alıb.

Lakin aparılan tibbi tədbirlərə baxmayaraq o, 25 noyabr 2021-ci il tarixdə trombemboliyadan qəflətən vəfat edib.

AzVision.az


Teqlər: Türmə   Ölüm  





Xəbər lenti