Qarabağda işləyən şəxsdən narkotik götürülüb

Qarabağda işləyən şəxsdən narkotik götürülüb
  09 Dekabr 2021    Oxunub:914
Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində üzərində narkotik vasitə olan şəxs aşkar edilərək məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, daxil olan məlumat əsasında Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xızı rayon sakini Namiq Novruzov saxlanılıb.

İşğaldan azad edilmiş ərazilərdə tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı olan N.Novruzovun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər: Qarabağ  





Xəbər lenti