Bakıda qazıntı aparan şəxs 5 metrlik çuxura düşdü

Bakıda qazıntı aparan şəxs 5 metrlik çuxura düşdü
  10 Dekabr 2021    Oxunub:549
Bakıda 5 metr dərinliyi olan çuxura düşən şəxs sağ qalıb.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda 1 nəfərin qazıntı işləri aparılan ərazidə dərinliyi təqribən 5 metr olan çuxura düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal çağırış ünvanına cəlb olunub. Xilasedicilərin çevik müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində vətəndaş çuxurdan çıxarılaraq təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilməklə xilas olunması təmin edilib.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti