Kişi keçmiş arvadını və onun atasını bıçaqladı
Aparılan araşdırmalarla 1982-ci il təvəllüdlü İlhamiz Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı keçmiş arvadı Aynurə Cəfərovaya və onun atası Azim Hüsiyevə bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İlhamiz Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: Bıçaq