Yasamal bələdiyyəsinin üzvləri döyülüb, cinayət işi başlanıb

   Yasamal bələdiyyəsinin üzvləri döyülüb,    cinayət işi başlanıb
  10 Dekabr 2021    Oxunub:955
Dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.
DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov AzVision.az -a bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti