Naxçıvan DTX keçmiş şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb

   Naxçıvan DTX keçmiş şöbə rəisinin ölümü ilə bağlı məlumat yayıb
  11 Dekabr 2021    Oxunub:1263
Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda deyilir:

"Son vaxtlar təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Zakir İsmayılovun vəfatı ilə bağlı yayılmış məlumatlarda o, Naxçıvan Muxtar Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi kimi təqdim olunur.

Bildirilir ki, 5 sentyabr 1959-cu ildə Bakı şəhərində anadan olmuş İsmayılov Zakir Əlibala oğlu 1985-ci ildən Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 11 oktyabr 1996-cı il tarixdə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə ezam edilmiş, 20 sentyabr 2003-cü il tarixədək Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmət edib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin razılığı və Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun (hazırda həbsdə olan) təqdimatı əsasında xidməti davam etdirmək üçün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə ezam olunub.

Zakir İsmayılov 2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi kimi təqaüdə çıxmış və 2018-ci ildə həbs olunub".

AzVision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti