Qurban Qurbanov püşkün nəticəsini dəyərləndirib
"Bunadək də xeyli sayda güclü rəqiblərimiz olub. Bəzi matçlarda uduzsaq da, futbolçular layiqli oyun göstəriblər. Bu il təcrübəmiz daha çoxdur. Məndə bu il turnirə başlayanda hansı istək var idisə, futbolçularıma necə güvənirdimsə, indi də eyni vəziyyətdir.
2 ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün formada çatdıraq və layiqli mübarizə aparaq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, həm səfərdə, həm də evdə ən yaxşı matçlarımızdan birini oynayacağıq. Komandama güvənirəm".
Qeyd edək ki, “Qarabağ” pley-offda Fransa “Marsel”i ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.
AzVision.az
Teqlər: Qarabağ