Kəlbəcərə getmək istəyən viruslu xəstə saxlanıldı
Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allahquliyevin eyni zamanda COVID-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu halda yaşayış yerini tərk etmsi də müəyyən edilib. RPŞ əməkdaşları müəyyən edilən tibbi prosedurlar gözləməklə onu yaşadığı ünvana geri qaytarıb. Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
Goranboy RPŞ əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində də koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Şəfəq kənd sakini Fərid Sərdarlının ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilən tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Faktla bağlı araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər: Kəlbəcər