Cəlilabad sakini qonşusunu güllələyib

Cəlilabad sakini qonşusunu güllələyib
  15 Dekabr 2021    Oxunub:583
Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılmış atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
DİN-dən AzVision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmiş və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülüb.

F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti