190 milyonluq narkotik ələ keçirilib

190 milyonluq narkotik ələ keçirilib
  15 Dekabr 2021    Oxunub:1141
2021-ci ilin yanvar-noyabr ayları ərzində qanunsuz dövriyyədən götürülən 6 ton 582 kq 702qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 190 milyon AZN (111 milyon ABŞ dolları) kimi qiymətləndirilir.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, bu ilin 11 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8095 cinayət faktı aşkarlanıb.

Onlardan 3066-sı narkotik vasitələrin qanunsuz satışı, 4553-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 375-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 101-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 582 kq 702 qr narkotik vasitələrin və psixotrop maddələrin 3 ton 192 kq 532 qr-nı heroin, 1 ton 217 kq 743 qr-nı marixuana, 1 ton 317 kq 607 qr-nı tiryək, 73 kq 693 qr-nı həşiş, 90 qr-nı kokain, 580 kq 279 qr-nı psixotrop maddələr, 200 kq 758 qr-nı isə digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 22311 ədəd metadon və 46966 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.

Bu dövrdə 810,469 hektar sahədən çəkisi 174 ton 970 kq olan 433716 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq məhv edilib.

AzVision.az



Teqlər: Narkotik  





Xəbər lenti